AZ

Beynəlxalq Əmək Konfransının sessiyası çərçivəsində ikitərəfli görüşlər keçirilib, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub - Vətən Naminə

">

Beynəlxalq Əmək Konfransının 112-ci sessiyasında (Cenevrə) iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sessiya çərçivəsində Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanla görüşüb.Görüşdə iki nazirlik arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın bu il mayın 30-da Bakıda keçirilən 11-ci iclasının əlaqələrin daha da genişlənməsində önəmi qeyd edilib. İclasın yekunu olaraq imzalanmış Protokola əlavə olunan 2024-2025-ci illər üzrə Tədbirlər Planı əsasında görüləcək birgə işlərdən bəhs olunub.Sessiya çərçivəsində Moldovanın əmək və sosial müdafiə naziri Aleksey Buzu ilə keçirilən görüşdə S.Babayev moldovalı həmkarını Beynəlxalq Əmək Konfransının builki sessiyasının prezidenti seçilməsi münasibətilə təbrik edib.Görüşdə sosial sahədə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün məqsədyönlü işlərin görüldüyü qeyd edilib. Bildirilib ki, Azərbaycanın DOST və sosial sahədə elektron xidmətlərlə bağlı təcrübələrini tətbiq etməkdə maraqlı olan ölkələrdən biri də Moldovadır.Bu sahədə aparılan fəal təcrübə mübadilələrinin önəmi vurğulanıb. Həmin ölkədə DOST modelinin tətbiqi ilə bağlı artıq ciddi addımların atıldığı, sosial xidmətlərin elektronlaşdırılması işlərinin davam etdiyi bildirilib. Moldovada DOST modeli əsasında ilk mərkəzin açılması üçün hazırlıq işlərinin aparıldığı qeyd edilib.S.Babayevlə İsveçrə Konfederasiyasının dövlət katibi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Əmək Direktorluğunun rəhbəri Boris Zürcherin görüşündə iki ölkə arasında əmək və məşğulluq sahəsində əməkdaşlığın genişləndirilməsi, fəal təcrübə mübadilələrinin aparılması üçün böyük potensial olduğu bildirilib.Azərbaycanda aparılan sosial islahatların uğurları, DOST konsepsiyası və dövlət sosial xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verilib. Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üçün müqavilə-hüquq bazasının yaradılması məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
17
vetennamine.az

10Mənbələr