AZ

Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanın başçılıq etdiyi nümayəndə heyəti 1 saylı DOST Mərkəzində olub - Vətən Naminə

">

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat İşıkhanın başçılıq etdiyi nümayəndə heyəti DOST Agentliyinin 1 saylı DOST Mərkəzi  ilə tanış olub.Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST konsepsiyası barədə nümayəndə heyətinə məlumat verib. O, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə DOST Agentliyinin və artıq 7 DOST mərkəzinin açıldığını qeyd edib.Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının üstünlüklərindən və dövlət sosial xidmətlər sahəsinə gətirdiyi innovativ yeniliklərdən bəhs olunub. Bu konsepsiyanın 159 sosial xidməti “bir pəncərə”dən, şəffaf, operativ, vətəndaş məmnunluğuna uyğun təqdim etməyə imkan yaratdığı vurğulanıb. DOST mərkəzlərində ötən dövrdə artıq 2,6 milyon vətəndaşa xidmət göstərildiyi, bu xidmətlərdən vətəndaş məmnunluğunun  98,2 faiz təşkil etdiyi diqqətə çatdırılıb.Son illər dövlət sosial xidmətlərinin elektronlaşdırılması istiqamətində əldə olunan uğurlar barədə də məlumat verilib. Ölkəmizin DOST və elektron xidmətlər üzrə təcrübələrinin bir çox beynəlxalq mükafatlara layiq görüldüyü, bir sıra ölkələrin bu təcrübələrimizin tətbiqinə maraq göstərdikləri vurğulanıb.DOST Agentliyində Türkiyə nümayəndə heyəti üçün DOST konsepsiyası və sosial sahədə elektronlaşma proqramına dair təqdimatlar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
17
vetennamine.az

10Mənbələr