AZ

Kür çayında tapılan meyitin kimliyi dəqiqləşib - FOTO

Kür çayında tapılan meyitin kimliyi müəyyən edilib. SİA-nın məlumatına görə, iyunun 2-də Tovuz rayonunda avtomobillə Kür çayına düşənlərdən iyunun 9-da tapılan meyitin Vüqar Cəfərovun olduğu dəqiqləşib.

Digərlərinin axtarışları hələ davam edir.

Xatırladaq ki, "VAZ-2107" markalı avtomobilin Kür çayına düşməsi nəticəsində 1992-ci il təvəllüdlü Turqut İbrahimov, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov çaya düşüb. Onlardan yalnız T.İbrahimov çaydan çıxa bilmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
10
sia.az

10Mənbələr