AZ

4 minə yaxın müəllim keçid balını toplaya bilmədi: Sertifikasiya imtahanları LƏĞV OLUNUR? - AÇIQLAMA

4 minə yaxın müəllim keçid balını toplaya bilmədi: Sertifikasiya imtahanları LƏĞV OLUNUR? - AÇIQLAMA

2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün Təhsil İnstitutu tərəfindən təlimlər təşkil edilib. Bu il iyun ayının 8-də isə sözügedən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanlarda 7 296 müəllim iştirak edib. İlkin nəticələrə əsasən, ölkə üzrə bu il 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.

Hal-hazırda sosial mediada gündəmə çevirilən mövzu 4 minə yaxın müəllimin sertifikasiyadan kəsilməsi ilə bağlıdır 4 minə yaxın müəllimin kəsilməsi sosial şəbəkələrdə ciddi narazılıqla qarşılanıb. Azərbaycanda müəllimlərin sertifikasiya imtahanları ləğv edilməsi yaxud ən azından 20-30 il müəllimlik stajı olan kadrların sertifikasiyaya clb olunması aradan qaldırıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, sertifikasiya Azərbaycanda bilik və bacarıqlarına uyğun olaraq müəllimlərin əməkhaqqını müəyyənləşdirən bir qaydadır. Azərbaycan təhsil sistemində bu gün kifayət qədər müəllim var. Təkcə 4432 ümumtəhsil məktəblərində 150 min müəllim çalışır:

"Etiraf edək ki, tədrisin təşkilində müxtəlif imkanları səfər edən yaxud passiv olan müəllimlər eyni əməkhaqqı alırlar. Amma sertifikasiya çalışqan müəllimləri və digərlərini fərqləndirməyə imkan verən bir prosesdir. Əlbəttə ki, biz 2022-ci ildə bu proses başlayanda gözləyirdik ki, hər bir fənn üzrə minimum 10-12 faiz müəllim bu sertifikasiyadan keçə bilməyəcək. Çünki bu günə qədər 2014-2018-ci ildə keçirilən diaqnostik imtahanlar bilavasitə bunu deməyə əsas verir ki, müəllimlər öz üzərində işləmirlər. Dünyanın bütün inkişaf etmiş ölkələrində təhsil sahəsində sertifikasiya həyata keçirilir. Burada müəllimin peşəkar bacarıqları yoxlanılır. Sertifikasiya indiyə qədər keçirilən bütün qiymətləndirmələr arasında fərqlisidir və alisidir. Bu sertifikasiya imtahanları ləğv olunmayacaq. Bu sertifikasiya imtahanlarında 4 minə yaxın müəllim öz işini itirib. Bu o demək deyil ki, biz bu insanların yenidən təhsil sistemində iştirakını məhdudlaşdırırıq. Bu belə deyil".

Ekspert vurğulayıb ki, sertifikasiyadan kəsilən müəllimlər adi qaydada növbəti ildən etiraz MİQ vasitəsilə işə qəbul ola bilərlər. Əgər onlar bu müddət ərzində öz üzərində çalışsalar, bilik və bacarıqları yetərli olarsa onlar yenidən müəllim kimi çalışa bilərlər. Bununla yanaşı , elm və təhsil naziri humanizm prinsipini irəli sürərək həmin şəxslərin məktəblərdə digər sosial pedaqoq yerlərində çalışmasında maraqlıdır:

"Çünki onların məktəblə bağlı təcrübələri var. Əlbəttə ki, bu onlara birmənalı şəkildə yenidən təhsil sistemində işləmək icazəsi verilir. 20-30 illik müəllim stajı olan müəllimlərin sertifikasiyaya cəlb olunması normaldır. Çünki müasir dövrün tələbləri var. BMT-nin 2030-cu illə bağlı hədəflərindən biri yüksək ixtisaslı və peşəkar müəllimlərin yetişdirilməsini irəli sürür. Bunun əsas məqsədi dəyişən dünyada yeni müəllim kontingentinin formalaşmasıdır. Dünyada pamdemiyadan sonra daha yüksək ixtisaslı, işini və şagirdlərlə işləyə bilən müəllimlər lazımdır. Biz heç də elə baxmayaq ki, biz 4 min insanı itirildik. Xeyir, bu belə deyil. Biz onların yerinə 4 min daha hazırlıqlı, bacarıqlı və gənc enerjili şəxslərin MİQ-dən daxil edəcəyik. Kim deyirsə ki, gənclər sinifi idarə edə bilmir, bu yanlış fikirdir. Biz o gənclərə də şans verməliyik. Həmin insanlar 20-30 il təhsil sistemində çalışıblar. Ən azından həmin dərslikləri 20-30 dəfə təkrarlayıblar. İllər ərzində dərsliklər dəyişsə də, mövzu dəyişməyib. Azərbaycan dilindən nə fonetika, nə də isim dəyişib. İbtidai sinif dərsliklərində heç bir dəyişiklik yoxdur. Bizim sertifikasiyaya cəlb etdiyimiz müəllimlərə heç də fərqli sahədən test tapşırıqları təqdim etməmişik. 20-30 il onların uşaqlara öyrəndiklərindən suallar salmışıq".

Kamran Əsədovun sözlərinə görə, bu müəllimlər hər il imtahan olunduqları suallardan özləri dərs deyirlər. Uşaqlara KSQ və BSQ-lər hazırlayırlar. Bu o deməkdir ki, imtahana həmin müəllimlərin özlərinin öyrətdiklərindən suallar salınıb:

"Əfsuslar olsun ki, onlar bu gün həmin suallardan 0-29 bal toplayıblar. Bu yaxşı nəticə deyil. Biz onların yanındayıq. Demirik ki, həmin müəllimlərin sistemdən uzaqlaşdırırıq. Dünyanın müxtəlif ölkələrində bu təcrübə var. Hətta elə ölkələr var ki, orada daha sərt qaydalar var. Azərbaycan humanizm nümayiş etdirdi və keçən il kəsilənlərə bu il şans verdi ki, öz üzərinizdə çalışın. Təsəvvür edin ki, təkrar sertifikasiyaya gələnlər bir il ərzində onlar öz üzərində çalışmalı idilər. Amma nə baş verdi? Birmənalı şəkildə həmin müəllimlərin öz üzərində çalışmadıqlarını gördük və onlar əyri yola əl atmağa çalışdılar. Bu yaxşı yanaşma tərzi deyil. Bu gün əsas hədəf daha yaxşı Azərbaycan müəllimini formalaşdırmaqdır. Onlar uşaqlara dərs keçməlidir. Heç bir təhsil sisteminin səviyyəsi müəlliminin bilik səviyyəsindən üstün deyil".

Ekspert qeyd edib ki, bu gün bizim müəllimlərimiz 1.6 milyon şagirdə dərs deyirlər. Bu o deməkdir ki, həmin 4 minə yaxın müəllim nə qədər şagird yetişdirib:

"Biz bu gün buraxılış və qəbul imtahanlarının nəticələrindən şikayət edirik. Çünki onların özlərinin müəllimlərinin potensialı yüksək deyil. Ən strateji iki ixtisas var. İbtidai sinif və Azərbaycan dili -ədəbiyyat müəllimliyidir. Bunlar əsas iki strateji fəndilər. Onlar arasında bu qədər müəllim keçid balını toplaya bilmirsə, biz əlbəttə ki, onların dövlət məktəblərində qalmağına maraqlı olmamalıyıq. Amma onlar növbəti ildən etibarən hamı kimi MİQ imtahanına girə bilərlər. Yəni heç kim onları məcburən sistemdən uzaqlaşdırmayıb. Mövcud qaydalar bunu deyir və artıq dünya dəyişib. Pamdemiyadan sonra bizə daha yüksək bacarıqlı mütəxəssislər lazımdır. Bütün sahələrdə müsabiqə və müsahibələr var. Amma onlar humanizm prinsipindən yararlanmadılar. Onlar digər yollar ilə çalışırdılar ki, məsələni həll etsinlər. 20-30 ilin müəllimi özünün tədris etdiyi suallara cavab verə bilmirsə, hesab edirəm ki, bu yaxşı vəziyyət deyil. Onların sertifikasiyası dayandırılmayacaq. Bu proses davam etməlidir. Növbəti illərdə daha sərt və çətin olmalıdır ki, daha peşəkar müəllimləri sistemdə saxlayaq. Onlar öz üzərində çalışmırdılar. 2014-2018-ci ildən sonra onlar oxumağa başladılar. İndi isə sertifikasiyadan sonra öyrənməyə başladılar. Müəllimlər uzun müddət ərzində dərs dedikləri fənlərin sadəcə paraqrafların adlarını jurnala yazırdılar. Keyfiyyətli tədris təşkil olunmurdu. Sertifikasiya Azərbaycanda təhsil sisteminin inkişafına və uşaqların daha yüksək bilik və bacarıqların əldə etməsinə gətirib çıxaracaq. Çünki daha peşəkar müəllimlər onlar ilə çalışacaq".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
5
sonxeber.az

10Mənbələr