Rusiya Aerokosmik Qüvvələrinə məxsus “Su-34” təyyarəsi Şimali Osetiya dağlarında planlı təlim uçuşu zamanı qəzaya uğrayıb.
Anons.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, təyyarə boş əraziyə düşüb və ekipaj üzvləri həlak olub. Qəzanın ilkin səbəbi kimi texniki nasazlıq göstərilir.