AZ

Rusiyanın Su-34 təyyarəsi qəzaya uğradı – Ekipaj üzvləri həlak olub

Rusiya Aerokosmik Qüvvələrinin (VKS) Su-34 təyyarəsi Şimali Osetiya dağlarında qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Şimali Osetiya-Alaniya Respublikasında, Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus Su-34 təyyarəsi planlı təlim uçuşu zamanı qəzaya uğrayıb, vəfat edənlər var”, – məlumatda bildirilib.

İlkin məlumata görə, texniki nasazlıq səbəbindən təyyarə boş əraziyə düşərək qəza edib. Nəticədə ekipaj üzvləri həlak olub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarənin qəzaya uğramasının ilkin səbəbi texniki nasazlıqdır. Təyyarənin göyərtəsində iki pilot olub.

Orxan,

KONKRET.az

Seçilən
122
8
konkret.az

10Mənbələr