AZ

“Qarabağ”dan yeni TRANSFER – FOTO 

"Qarabağ" yeni mövsüm üçün ilk transferini reallaşdırıb. 

Bizim.Media xəbər verir ki, klub qapıçı Fabiyan Buntiçi heyətinə cəlb edib. 

Azərbaycan çempionu ilə Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper arasında üç illik müqavilə imzalanıb. Yeni transfer 2027-ci ilin yayına qədər "Qarabağ"da çıxış edəcək.

Buntiçin son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.
Qeyd edək ki, "Qarabağ"ın yeni qapıçısı Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.


Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
110
17
bizim.media

10Mənbələr