AZ

"Bu baş verərsə, “Apple” cihazları mənim şirkətlərimdə qadağan olunacaq” - Mask

Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask xəbərdarlıq edib ki, əgər “Apple” əməliyyat sisteminə süni intellekt texnologiyaları inteqrasiya edərsə, bu cihazların şirkətlərində istifadəsini qadağan edəcək.

Publika.az xəbər verir ki, bu barədə İlon Mask “X” hesabında yazıb.

“Apple əməliyyat sistemində OpenAI texnologiyasını yerləşdirirsə, onun cihazları mənim şirkətlərimdə qadağan olunacaq. Bu, qəbuledilməz təhlükəsizlik pozuntusudur”, - paylaşımda vurğulanıb.

O, həmçinin “Apple” şirkətinin icraçı direktoru Tim Kukun “X” hesabındakı postunun altında generativ süni intellekt haqqında şərh yazaraq mümkün qadağa barədə xəbərdarlıq edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
3
publika.az

10Mənbələr