AZ

HadisəGöyçayda “VAZ 2107” yük avtomobili ilə toqquşub, sürücü ölüb

Göyçayda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qarabaqqal kəndində qeydə alınıb.

Belə ki, Bığır kənd sakini, 2002-ci il təvəllüdlü Tahir Cəlilovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil yolun kənarında dayanan Qarbaqqal kənd sakini, 1953-cü il təvəllüdlü Məmmədov Şahverdiyə məxsus “ZİL” markalı su daşıyan avtomobillə toqquşub və daha sonra yolun kənarındakı su arxına düşüb.

Nəticədə nəqliyyat vasitəsinin sürücüsü Tahir Cəlilov hadisə yerində keçinib. Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
3
far.az

10Mənbələr