AZ

2 yaşlı uşaq altıncı mərtəbədən yıxılıb öldü

Bakıda 2 yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq ölüb.

Demokrat.az xəbər verir ki, hadisə Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsində qeydə alınıb.

2022-ci il təvəllüdlü Hamza Dinar oğlu İmanov yaşadıqları binanın 6-cı mərtəbəsindən yıxılaraq “Kia Carnival” markalı avtomobilin üzərinə düşüb. Körpə aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Məlumata görə, o, döşəmə səviyyəsində olan pəncərənin qoruyucu toruna toxunub və həmin torun yerindən çıxması səbəbindən yıxılıb.

Bildirilib ki, hadisə vaxtı uşaq otaqda tək olub və diqqətsizlik səbəbindən pəncərədən düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
6
demokrat.az

10Mənbələr