AZ

Digər ölkələrCAR-da prezident seçkiləri iyunun 14-də keçiriləcək

Cənubi Afrikada növbəti prezidentin seçkiləri iyunun 14-də ölkə parlamentinin aşağı palatasının - Milli Assambleyanın yeni tərkibinin iclasında baş tutacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Afrikanın baş hakimi Raymond Zondo bildirib.

“Cənubi Afrikanın növbəti prezidenti cümə günü, iyunun 14-də Keyptaunda saat 10:00-da işinə başlayacaq Milli Assambleyanın ilk iclasında seçiləcək”, - o deyib.

“Afrika Milli Konqresi” (ANC) partiyası dövlət başçısı vəzifəsinə Cənubi Afrikanın hazırkı prezidenti və partiyanın lideri Siril Ramafosanın namizədliyini irəli sürüb. Ona 400 deputatdan ibarət olan palatada 201 səs toplamaq kifayətdir.

Daha əvvəl xəbər verdiyimiz kimi, mayın 29-da Cənubi Afrikada keçirilən ümumi seçkilərdən sonra ANC Milli Assambleyada 159 deputat mandatı qazanıb. Hökuməti qurmaq və Ramafosanı ikinci prezidentlik müddətinə yenidən seçmək üçün onun 42 səsi çatmır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
19
far.az

10Mənbələr