SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Cənubi Afrikanın baş hakimi Raymond Zondo bildirib.

“Cənubi Afrikanın növbəti prezidenti cümə günü, iyunun 14-də Keyptaunda saat 10:00-da işinə başlayacaq Milli Assambleyanın ilk iclasında seçiləcək”, – o deyib.

“Afrika Milli Konqresi” (ANC) partiyası dövlət başçısı vəzifəsinə Cənubi Afrikanın hazırkı prezidenti və partiyanın lideri Siril Ramafosanın namizədliyini irəli sürüb. Ona 400 deputatdan ibarət olan palatada 201 səs toplamaq kifayətdir.