AZ

Büdcədə sosial xərclərə ayrılan vəsait azaldılacaq?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son günlər sosial mediada 2024-cü ilin dürüstləşdirilmiş büdcədə sosial xərclərin azaldılması ilə bağlı müzakirələr diqqəti cəlb edir. Bu məsələ bir sıra siyasətçilər tərəfindən də gündəmə gətirilib. Əslində, vəziyyət necədir? Bu il sosial xərcləmələr proqnozlaşdırılandan daha az olacaqmı?

Banco.az xəbər verir ki, bu barədə açıqlama verən iqtisadçı Vüqar Bayramov bildirib ki, dürüstləşdirilmiş büdcədə sosial xərclərin azaldılması proqnozlaşdırılmır:

“Bu maddə sosial xərclərin strukturunda bir istiqamətdir və əslində sosial istiqamətə daha çox vəsait dövlət büdcəsi deyil icmal büdcəyə daxil olan fondlar vasitəsi ilə həyata keçirilir.
Məsələnin mahiyyəti sadədir: sözügedən maddənin 1 milyard 392 milyon manatı dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonunda (DSMF) transfertlərdir. 
Yəni, DSMF-in xərclərinin ödənilməsi üçün həmin vəsait dövlət büdcəsindən sözügedən fonda köçürülür. DSMF həmin vəsait ilə pensiya və digər sosial ayırmaları ödəyir. Bu ilin ilk 4 ayının yekunlarına əsaslanaraq DSMF 2024-cü il üçün büdcəsində qeyri-büdcə sektorundan məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləği dürüstləşdirilərək 3 milyard 387 milyon manatdan 3 milyard 577 milyon manata çatdırıb. Həmin fond ilkin proqnozlara nisbətən 190 milyon manat daha çox vəsait toplaya biləcək. Həmin vəsaitin 25 milyon manatı pensiyaların verilməsinə, 5 milyon manatı isə sözgüdən fondun saxlama xərclərinə yönəldiləcək. Bu o deməkdir ki, 190 milyon manatın 30 milyon manatı cari xərclərə yönəldiləcək və 160 milyon manat əlavə vəsait qalır”.
Vüqar Bayramov qeyd edib ki, DSMF dövlət büdcəsindən həmin 160 milyon manatı almayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
8
banco.az

10Mənbələr