AZ

Adanada meşə yanğını başlayıb: təyyarə və helikopter cəlb olunub

Türkiyənin Adana əyalətinin Feke rayonunda meşə ərazisində yanğın başlayıb.

“TRTHaber” xəbər verir ki, yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

Bildirilib ki, hadisə yerinə təyyarə, helikopter və yanğınsöndürən maşınlar cəlb olunub.

Yanğının lokallaşdırılması üçün səylər davam edir.

"Cebhe.info"

Seçilən
89
39
cebheinfo.az

10Mənbələr