AZ

“Özümüzü mövcud çempionlar kimi aparmalıyıq”

“Avro-2024-də son çempion kimi iştirak üstünlükdür”

Msport.az xəbər verir ki, bunu İtaliya millisinin baş məşqçisi Luçano Spaletti deyib.

“Məncə, çempion kimi turnirdə iştirak etmək üstünlükdür. Amma biz lap əvvəldən başa düşməliyik ki, özümüzü mövcud çempionlar kimi aparmalıyıq. Tez-tez haqqımızda deyirlər ki, müdafiədə yaxşıyıq, əks-hücumlarda açığıq. Amma İtaliya millisində yanaşma dəyişir. Biz istəyirik ki, oyunçular irəli getsinlər və gözləməsinlər. Biz komanda olaraq pressinq etmək və müdafiə olunmaq istəyirik”.

İtaliya Avro-2024-ün qrup mərhələsində İspaniya, Xorvatiya və Albaniya ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
4
msport.az

3Mənbələr