AZ

AÇ-2024: “Başa düşməliyik ki, özümüzü çempionlar kimi aparmalıyıq”

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti 2024-cü il Avropa çempionatında komandasından necə oyun görmək istədiyindən danışıb.



Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir, italiyalı çalışdırıcı çempion kimi turnirdə iştirak etməyin üstünlük olduğunu bildirib:



“Məncə, çempion kimi turnirdə iştirak etmək üstünlükdür. Amma biz lap əvvəldən başa düşməliyik ki, özümüzü mövcud çempionlar kimi aparmalıyıq.



Tez-tez haqqımızda deyirlər ki, müdafiədə yaxşıyıq, əks-hücumlarda açığıq. Amma İtaliyada yanaşma dəyişir. Biz istəyirik ki, oyunçular irəli getsinlər və gözləməsinlər. Komanda olaraq pressinq etmək və müdafiə olunmaq istəyirik”.



İtaliya millisi AÇ-2024-ün qrup mərhələsində İspaniya, Xorvatiya və Albaniya ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketləritaliya Luçano Spalletti

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
4
komanda.az

3Mənbələr