AZ

Liviya gündəlik neft hasilatını artırmağa çalışır

Liviyanın Baş naziri Əbdül Həmid Dbeyba neft hasilatını artırmaq üçün bütün dövlət qurumlarının səylərini birləşdirməyin vacibliyini vurğulayıb.

Liviya hökumətinin bəyanatına görə, Baş nazir bu sözləri Liviya Milli Neft Korporasiyasının sədri Fərhat Benqdara ilə görüşündə deyib. Neft hasilatını artırmaq üçün Dbeyba özəl neft sektoru dəstəkləmək və Liviya işçilərinin səmərəliliyini artırmaq üçün göstərişlər verib.

Görüş zamanı Benqdara Milli Neft Korporasiyasının gələn ilin sonunadək hasilatı sutkada 2 milyon barelə çatdırmağı qarşısına məqsəd qoyduğunu təsdiqləyib.

Ən son məlumata görə, şirkətin gündəlik neft hasilatı 1 milyon 250 min 775 barel təşkil edir.

Qeyd edək ki, neft və qaz ixracı Liviyanın əsas gəlir mənbəyidir. Bununla belə, sektor son illərdə daxili münaqişələr və siyasi qeyri-sabitlik səbəbindən uğursuzluqlarla üzləşib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
39
banker.az

10Mənbələr