AZ

SOCAR-ın vitse-prezidenti: AÇG-də neftvermə əmsalı artırıla bilər

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli’ (AÇG) neft-qaz yataqlarında neftvermə əmsalını 50%-ə çatdırmaq olar.

Bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda bu göstərici 30-40% təşkil edir, lakin bunu 50%-dək artırmaq imkan var.

Hazırda burada neftvermə əmsalı 30-40%-dir, lakın biz istəyirik ki, bu göstərici daha yüksək olsun, onu 50%-ə çatdırmaq istəyirik. Yataqların artıq 30 ildir istismar edilməsinə baxmayaraq, AÇG-də neftvermə əmsalını artırmaq üçün imkanlar var, burada çox yüksək keyfiyyətli quyular mövcuddur”, – Babək Hüseynov əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
9
banker.az

10Mənbələr