AZ

Qərbi azərbaycanlıların Ermənistana qayıdışı ilə bağlı ingilis dilində məruzə hazırlanıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə BMTM-in "Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı: deportasiya tarixi və potensial siyasətlər" mövzusunda ingilis dilində məruzənin təqdimatı keçirilib.



NUHÇIXAN xəbər verir ki, tədbiri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli açaraq məruzənin əhəmiyyətini vurğulayıb.
O bildirib ki, azərbaycanlıların dədə-baba torpaqlarına qayıdışı beynəlxalq hüququn norma və prinsiplərinə əsasən mütləq və zəruridir. Bu proses sülh yolu, təhlükəsiz və ləyaqətli şəkildə baş tutmalıdır.
Daha sonra çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev məruzə barədə qısaca danışaraq deyib ki, sənədin ingilis dilində yazılmasının əsas məqsədi beynəlxalq ictimaiyyətdə azərbaycanlı qaçqınlar barədə ətraflı məlumat vermək və birtərəfli yanaşmaların qarşısına keçməkdir.
BMTM-in şöbə müdiri Cavid Vəliyev isə azərbaycanlıların Ermənistandan deportasiyasının erməni millətçiləri tərəfindən aparılan sistemli və ardıcıl siyasətin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Tədbirdə həmçinin məruzənin hazırlanmasında iştirak edən ADA universitetinin beynəlxalq münasibətlər üzrə məzunları Elcan Həsənli və Sarvan Hüseynovun təqdimatları dinlənilib.
Dəyirmi masa sual-cavab sessiyası ilə davam etdirilib.
Qeyd edək ki, BMTM tərəfindən hazırlanan "Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı: deportasiya tarixi və potensial siyasətlər" sərlövhəli məruzə beş bölmədən ibarətdir. Birinci bölmədə azərbaycanlıların Ermənistandan deportasiyası prosesinin tarixinə nəzər salınır. Deportasiyanın mərhələləri barədə detallı məlumat verilir. İkinci bölmədə qrup məlumatları, sorğu yekunları və zərərçəkmiş şəxslərdən, hadisə şahidlərindən alınan müsahibələr təhlil edilir. Üçüncü bölmədə azərbaycanlıların Ermənistana qayıdışı prosesi ilə bağlı mümkün siyasi həll istiqamətləri - azərbaycanlı qaçqınların geri qayıdışı ilə bağlı məsələlər, , onlar üçün sosial proqramların həyata keçirilməsi, həmçinin, Ermənistan hökuməti tərəfindən müvafiq hüquqi və inzibati tədbirlər görülməsi və icmalararası dialoqun təşviqi kimi məsələlər təklif edilir. Dördüncü bölmə əvvəlki bölmədə qeyd edilən təkliflərin icrası zamanı ortaya çıxa biləcək mümkün problem və çağırışları ehtiva edir. Nəticə bölməsində isə hərtərəfli təhlilin yekunu olaraq müvafiq tövsiyələr irəli sürülür.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
6
nuhcixan.az

9Mənbələr