AZ

“Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı” ilə bağlı məruzə təqdim edildi (FOTO)

Bakı. Trend:

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Qərbi Azərbaycanİcmasının birgə təşkilatçılığı ilə BMTM-in “Azərbaycanlıqaçqınların Ermənistana qayıdışı” ilə bağlı məruzəsinin təqdimatıkeçirilib.

Trend xəbər verir ki, açılış nitqi ilə çıxış edən QərbiAzərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli məruzəninəhəmiyyətini vurğulayıb.

Sədr bildirib ki, azərbaycanlıların dədə-baba torpaqlarınaqayıdışı beynəlxalq hüququn norma və prinsiplərinə əsasən mütləq vəzəruridir. Bu proses sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildəbaş tutmalıdır.

Daha sonra çıxış edən Beynəlxalq Münasibətlərin TəhliliMərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev məruzə barədə qısaməlumat verdi. O bildirdi ki, sözügedən mövzuda məruzənin ingilisdilində yazılmasının əsas məqsədi beynəlxalq ictimaiyyətdəazərbaycanlı qaçqınlar barədə ətraflı məlumat vermək və birtərəfliyanaşmaların qarşısına keçməkdir.

Daha sonra çıxış edən BMTM-in şöbə müdiri Cavid Vəliyevazərbaycanlıların Ermənistandan deportasiyasının ermənimillətçiləri tərəfindən aparılan sistemli və ardıcıl siyasətintərkib hissəsi olduğunu diqqətə çatdırdı.

Məruzənin hazırlanmasında iştirak edən ADA universitetininBeynəlxalq Münasibətlər üzrə məzunları Elcan Həsənli və SarvanHüseynovun təqdimatları dinlənildi.

Dəyirmi masa sual-cavab sessiyası ilə davam etdirildi.

Qeyd edək ki, BMTM tərəfindən hazırlanan“Azərbaycanlıqaçqınların Ermənistana qayıdışı” sərlövhəli məruzə 5 bölmədənibarətdir.

Birinci bölmədə azərbaycanlıların Ermənistandan deportasiyasıprosesinin tarixinə nəzər salınır. Deportasiyanın mərhələləribarədə detallı məlumat verilir.

İkinci bölmədə qrup məlumatları, sorğu yekunları və zərərçəkmişşəxslərdən, hadisə şahidlərindən alınan müsahibələr təhliledilir.

Üçüncü bölmədə azərbaycanlıların Ermənistana qayıdışı prosesiilə bağlı mümkün siyasi həll istiqamətləri - azərbaycanlıqaçqınların geri qayıdışı ilə bağlı məsələlər, onlar üçün sosialproqramların həyata keçirilməsi, həmçinin, Ermənistan hökumətitərəfindən müvafiq hüquqi və inzibati tədbirlər görülməsi vəicmalararası dialoqun təşviqi kimi məsələlər təklif edilir.

Dördüncü bölmə əvvəlki bölmədə qeyd edilən təkliflərin icrasızamanı ortaya çıxa biləcək mümkün problem və çağırışları ehtivaedir.

Nəticə bölməsində isə hərtərəfli təhlilin yekunu olaraq müvafiqtövsiyələr irəli sürülür.

“Azərbaycanlı
“Azərbaycanlı
“Azərbaycanlı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
7
az.trend.az

9Mənbələr