AZ

İzmir sahillərində 23 qanunsuz miqrant saxlanılıb İzmir sahillərində

Türkiyənin İzmir şəhərində 23 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.

Məlumata görə, İzmirin Urla sahillərində bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Komandanlığın qayığı göndərilib.

Komandanlığın əməkdaşları tərəfindən dayandırılan rezin qayıqda 9-u uşaq olmaqla 23 qeyri-qanuni miqrant saxlanılıb.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
5
e-huquq.az

10Mənbələr