AZ

İzmir sahillərində 89 qanunsuz miqrant saxlanılıb

Türkiyənin İzmir şəhərində 89 qeyri-qanuni miqrant yaxalanıb, 52-i isə xilas edilib.

E-huquq.az "TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, İzmirin Urla və Çeşmə sahillərində rezin qayıqlarda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Komandanlığın əməkdaşları göndərilib.

Komandalar tərəfindən dayandırılan 2 qayıqda 16-sı uşaq olmaqla 55 qanunsuz miqrant saxlanılıb.

İzmirin Seferihisar sahillərində isə 34 qanunsuz miqrant saxlanılıb.

İnsan qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən 2 nəfər tutulub.

Eyni bölgədə Yunanıstan tərəfindən geri göndərilən xilasedici sal və qayıqlarda 52 qanunsuz miqrant isə xilas edilib.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
5
e-huquq.az

10Mənbələr