AZ

Hakimlə mübahisə etdiyinə görə vəkilin fəaliyyətinə 1 aylıq xitam verildi

Məhkəmədə hakimlə mübahisə edən 5 ildir vəkillik fəaliyyəti ilə məşğul olan  vəkillin fəaliyyəti müvəqqəti dayandırılıb.

"Unikal"ın məlumatına görə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti belə qərar qəbul edib.

Məlum olub ki, 12 saylı vəkil bürosunun vəkili Əhməd Məhərrəmli Lənkəran Ağır Cinayətlər Məhkəməsində müdafiəçi qismində iştirak etdiyi işdə hakimlə mübahisə edib. Hakim isə vəkilin hərəkətləri ilə bağlı Vəkillər Kollegiyasına şikayət edib. 

Kollegiyanın qərarı ilə Əhməd Məhərrəmlinin fəaliyyəti 1 aylıq dayandırılıb. 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan işlərdən biri həmin səbəbdən təxirə salınıb. Hakim Əli Məmmədov deyib ki, tərəflərdən birinin vəkili Əhməd Məhərrəmlinin vəkillik fəaliyyəti dayandırıldığına görə məhkəmədə iştirak edə bilmir. Həmin səbəbdən proses təxirə salınıb. Vəkil icraatında olan digər işlərdə də iştirak edə bilməyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
16
oxu24.com

10Mənbələr