AZ

Vəkil Əhməd Məhərrəmli hakimlə mübahisəsinə görə 1 ay vəkillik edə bilməyəcək

Məhkəmədə hakimlə mübahisə edən vəkil Əhməd Məhərrəmlinin vəkillik fəaliyyəti dayandırılıb. Bu barədə qafqazinfo məlumat yayıb.

Bildirilir ki, vəkillər Kollegiyasının Rəyasət Heyəti belə qərar qəbul edib.

Məlum olub ki, 12 saylı vəkil bürosunun vəkili Əhməd Məhərrəmli Lənkəran Ağır Cinayətlər Məhkəməsində müdafiəçi qismində iştirak etdiyi işdə hakimlə mübahisə edib. Hakim isə vəkilin hərəkətləri ilə bağlı Vəkillər Kollegiyasına şikayət edib.

Şikayət əsaslı olduğundan kollegiyanın qərarı ilə Əhməd Məhərrəmlinin fəaliyyəti 1 aylıq dayandırılıb.



www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
14
anews.az

10Mənbələr