AZ

"Seçkilərdə Xankəndidən namizədliyimi verə bilərəm" - Hafiz Hacıyev

Müasir Müsavat Partiyası parlament seçkilərinə hazırlaşır.

 

Bu barədə Modern.az-a partiyanın sədri Hafiz Hacıyev məlumat verib.

 

O qeyd edib ki, partiya ilboyu seçkiyə hazırlaşmalı, seçiciləri ilə görüşməli, hansı dairədə zəifliklər varsa onu müəyyənləşdirməli, təbliğat-təşviqat işlərini aparmalıdır:

 

"Kifayət qədər təcrübəsi olan partiyayıq. Üzvlərimizin əksəriyyəti parlamentə namizəd olub. Ona görə də həmişə seçkilərə ciddi yanaşmışıq. Artıq seçki qərargahımız yaranıb. Düşünürük ki, bütün regionlarda partiyanın namizədləri iştirak edəcək. Adları hələ açıqlamaq istəmirik. Düşünürəm ki, dairələrin 50-60 faizində biz namizədlərimizi irəli sürək. Partiyamızda kifayət qədər ləyaqətli, təcrübəli, dövlət qulluğunda çalışanlar da var. Seçkilərə çox böyük önəm veririk. Demokratik seçkidə iştirak etməyin özü böyük məsuliyyət tələb edir. Dövlətimizin, xalqımızın gələcəyi naminə seçkilərdə iştirak edib, qələbə qazanmalıyıq. Parlamentdə təmsil olunacaq qədər namizədlərimiz var. Onlar hansı regionda və seçki dairəsində olur-olsun orada qalib gələcək".

 

Hafiz Hacıyev özünün namizədliyi məsələsinə də aydınlıq gətirib:

 

"Mən 4 dəfə prezidentliyə namizəd olmuşam. Partiyanın Ali Siyasi Şurası - İdarə Heyəti hələlik bu qərara gəlib ki, seçkidə mən də iştirak edim. Zamanı çatanda bu barədə qəti qərar verəcəyik. Azərbaycan xalqı məni tanıyır. Mənim üçün seçki dairələrinin heç bir fərqi yoxdur. Prezident seçkilərində iştirak edən və xeyli say toplayan şəxs kimi hansı dairədən namizəd olmağın fərqi yoxdur. Azərbaycanın  hansı  guşəsindən olur-olsun namizədliyimi verib qalib gələ bilərəm. İşğaldan azad olunmuş ərazilərimizdən, məsələn Xankəndidən namizədliyimi verə bilərəm. Azərbaycanın hər bir qarışı mənim üçün əzizdir. Hazırki komandamızla böyük qələbə qazanmaq olar".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
17
modern.az

10Mənbələr