AZ

Sərdar Cəlaloğlu: “İstənilən namizədə qalib gələ bilərəm”

“Parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürə bilərəm”. 

Bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, buna həmin zamanın şərtlərinə və vəziyyətinə uyğun olaraq qərar verəcək:

“Yəni vəziyyətə baxacağam. Seçkilər əvvəlkilərdən 30 faiz fərqlənəcəksə, namizəd kimi iştirak edəcəyəm”.

Partiya sədri hansı dairədən namizəd olacağı ilə bağlı suala isə belə cavab verib:

“Mən Azərbaycanın istənilən dairəsində deputatlığa namizədliyimi irəli sürə bilərəm. Mənim üçün heç bir problem yoxdur. İstənilən namizəd qarşısında səs toplayaraq qalib gələ bilərəm. İndiyə kimi iştirak etdiyim seçkilərdə də səs toplamışam”. 

Sərdar Cəlaloğlu partiyasının seçkilərlə bağlı hədəfləri barədə danışıb:

“İstəyimiz şərait olsa, mən şəxsən namizədliyimi irəli sürəcəyəm. Təbii ki, partiyamız da seçkilərdə iştirak edəcək. Seçkilərdə iştirak etmək istəyən istənilən şəxsin namizədliyini də irəli sürəcəyik. Amma bunlarla bağlı hələlik konkret qərarlarımız yoxdur. Ümumiyyətlə, növbədənkənar parlament seçkilərinin vaxtı hələ elan olunmadığı üçün dəqiq nələrsə deyə bilmirəm.

Lakin Azərbaycan Demokrat Partiyası parlamentdə maksimum 5-10 nəfər deputatla təmsil oluna bilər. Bunu bizim potensialımıza, gücümüzə uyğun olaraq deyirəm. Ancaq reallıqda nə olacağını zaman göstərəcək”. 

Seçilən
94
17
cebheinfo.az

10Mənbələr