AZ

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedəcək

İlham
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə işgüzar səfər edəcək. 1news.az xəbər verir ki, Bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətinə əsasən, Azərbaycan dövlət başçısı qardaş ölkəyə işgüzar səfər edəcək. Ankarada keçiriləcək danışıqlarda Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər bütün aspektləri ilə nəzərdən keçiriləcək, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli əlaqələr, regional və qlobal problemlər barədə fikir mübadiləsi aparılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
23
1news.az

10Mənbələr