AZ

Pakistanda partlayış: Yeddi polis öldü

Kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində Pakistan təhlükəsizlik qüvvələrinin yeddi əməkdaşı həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə "X"də (keçmiş "Twitter") təhlükəsizlik qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, partlayış Hayber-Paxtunxva əyalətində baş verib. Maşında hərbçilər olublar. Hazırda bu ərazidə yaraqlılar məhv edilir.

Pakistan Təhlükəsizlik Araşdırmaları Mərkəzinin məlumatına görə, 2023-cü ildə ölkədə 789 terror aktı baş verib. Onlar 1500-dən çox insanın ölümünə səbəb olub.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
5
teleqraf.com

8Mənbələr