AZ

Pakistanda partlayış: 7 təhlükəsizlik əməkdaşı həlak oldu

Əl istehsalı partlayıcı qurğunun işə düşməsi nəticəsində Pakistan təhlükəsizlik qüvvələrinin yeddi əməkdaşı həlak olub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrinin mətbuat xidməti "X"də (keçmiş "Twitter") yazıb.

Məlumata görə, partlayış Hayber-Paxtunxva əyalətində baş verib. Maşında hərbçilər olublar. Hazırda bu ərazidə yaraqlılar məhv edilir.

Pakistan Təhlükəsizlik Araşdırmaları Mərkəzinin məlumatına görə, 2023-cü ildə ölkədə 789 terror aktı baş verib. Onlar 1500-dən çox insanın ölümünə səbəb olub.

Bizim,Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
5
bizim.media

8Mənbələr