AZ

Bakıda ər həyat yoldaşına 8 bıçaq zərbəsi vurdu 

Bakının Səbail rayonunda ailə məişət zəmnində dava zamanı 23 yaşlı qadın xəsarət alıb. Manset.az APA-a istinadən xəbər verir ki, hadisə 20-ci Sahə ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü İsmayılova Xatın Ehtiram qızı həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına 8 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
12
manset.az

10Mənbələr