AZ

Bakıda ər həyat yoldaşına çoxsaylı bıçaq zərbəsi vurub

Bakının Səbail rayonunda ailə məişət zəminində dava zamanı 23 yaşlı qadın xəsarət alıb.

APA xəbər verir ki, hadisə 20-ci Sahə ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü Xatın Ehtiram qızı İsmayılova həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb.

O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına səkkiz bıçaq zərbəsi vurulub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
12
tribunainfo.az

10Mənbələr