AZ

Bölgələrdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb - Faktiki hava

İyunun 9-u saat 16:30-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən "Bizimyol.info"ya verilən xəbərə görə, iyunun 9-u saat 16:30-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Naxçıvan, Göygöl, Şahdağ, Daşkəsən, Naftalan, Yevlaxda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Qərb küləyi arabir Daşkəsəndə 25-30 m/s-dək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31-33, Naxçıvan MR-da 28-31, Aran rayonlarında 27-30, dağlıq rayonlarda isə 15-17 dərəcə isti olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
33
bizimyol.info

10Mənbələr