AZ

Ölkədə yağıntılı hava şəraiti müşahidə olunur – Faktiki hava


İyunun 9-u saat 16:30-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Naxçıvan, Göygöl, Şahdağ, Daşkəsən, Naftalan, Yevlaxda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Qərb küləyi arabir Daşkəsəndə 25-30 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31-33, Naxçıvan MR-da 28-31, Aran rayonlarında 27-30, dağlıq rayonlarda isə 15-17 dərəcə isti olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
33
yeniavaz.com

10Mənbələr