AZ

Rusiya İranı vasitəsilə Hindistana kömür ixrac etməyi planlaşdırır

Rusiya İranın dəmir yolu şəbəkəsi vasitəsilə Hindistana kömür ixrac etməyi planlaşdırdığını açıqlayıb. Bu barədə şənbə günü BRİCS ölkələrinin nəqliyyat nazirlərinin 27-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində keçirilən görüşü zamanı elan edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Rusiya Hindistana kömür ixrac etmək üçün Şimal-Cənub Beynəlxalq Dəhlizindən istifadə edəcəyini açıqlayıb. Rusiya prezidentinin köməkçisi İqor Levitin İranın Rusiyadakı səfiri Kazem Cəlali ilə görüşü zamanı bildirib ki, kömür daşıyan ilk vaqonlar İran ərazisindən və Bəndər Abbas liman şəhərindən keçdikdən sonra Hindistana göndəriləcək.

Bundan əlavə, görüşdə tərəflər bu sahədə əməkdaşlığın hazırkı vəziyyətini, xüsusilə Rəşt-Astara dəmir yolunun tikintisi layihəsini müzakirə ediblər.

İran səfiri "Rusiya Dəmir Yolları" QSC-nin prezidenti Oleq Belozerov ilə növbəti görüşündə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, xüsusilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması məsələlərini müzakirə edib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
4
iqtisadiyyat.az

10Mənbələr