AZ

"Qərb "qırmızı xətti" keçib"  - Avstriya müdafiə naziri

"Mən NATO baş katibinin Alyansın Ukraynaya qoşun göndərməyəcəyi barədə izahatına çox sevinirəm..."
 
Avstraliyalı nazir Qərb silahı ilə Rusiyadakı hədəflərin vurulması barədə qərarı şərh edib
 
ABŞ, Fransa və Almaniya Ukraynaya Rusiya ərazisindəki hədəflərə Qərb silahı ilə zərbələr endirməyə imkan verməklə "qırmızı xətti" keçib.
 
Moderator.az xəbər verir ki, bu barədə Avstriya müdafiə naziri Klaudiya Tanner "Die Presse" nəşrinə müsahibəsində bəyan edib. Məlumatı "unn.ua" nəşri yayıb.
 
"Qırmızı xətt" keçilib. Ona görə də mən NATO baş katibi Yens Stoltenberqin Alyansın Ukraynaya qoşun göndərməyəcəyi barədə izahatına çox sevinirəm", - o, bəyan edib.
 
Jurnalist məmur qadına xatırladıb ki, Qərb bu qərarı Ukraynanın Rusiya ərazisindən edilən atəşlərdən müdafiə olunmaqda çətinlikləri səbəbindən qəbul edib. O, Tannerdən Ukraynın buna haqqı olub-olmadığını soruşub.
 
"Hərbi cəhətdən neytral dövlət olaraq biz bu barədə nəsə deyə bilmərik", - nazir deyib.
 
Qərb silahı ilə Rusiyaya zərbələr
 
Məlum olduğu kimi, bu yaxınlarda bir sıra ölkələr Ukraynaya Rusiya ərazisindəki hədəflərə Qərb silahı ilə zərbələr endirməyə icazə verib.
 
O cümlədən Litva, Latviya, Estoniya, Polşa, Fransa, Almaniya, ABŞ və digər ölkələr bunu dəstəkləyib.
 
Bundan öncə Niderland  da həmçinin bəyan edib ki, Ukraynaya öz F-16 qırıcılarından Rusiya ərazisindəki hədəflərə zərbə endirməyə imkan verəcək.
 
Qeyd etmək lazımdır ki, Ukrayna artıq Qərb silahından Rusiyanın Belqorod vilayəti ərazisindəki obyektlərə  HIMARS-la hücum edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
14
moderator.az

10Mənbələr