AZ

Almaniya Rusiya ilə bağlı sensasion qərara hazırlaşır

Ukrayna öz xalqının həyatını qorumaq üçün Rusiyanın hücumlarının qarşısını almalıdır və qadağa yalnız daha çox ukraynalının ölümünə səbəb olacaq.

Olaylar xəbər verir ki, bunu Almaniyanın vitse-kansler Robert Habek kansler Olaf Şoltsdan Rusiya ərazisinə Qərb silahları ilə zərbə endirilməsinə icazə verilməsini tələb edərkən bildirib.

O qeyd edib ki, gec qərar verilməsində Şoltsu günahlandırmaq olmaz:

"Bu yanlış sözdür. Qəbul edilməli olan son dərəcə çətin qərarlar var və buna görə də hər şeyi diqqətlə ölçmək yaxşıdır. Belə olan halda düzgün qərar verilir".

Bildirilir ki, iyunun 6-da Almaniya kansleri Bundestaqda mövcud təhlükəsizlik vəziyyəti ilə bağlı hökumət bəyanatı verməyi planlaşdırır.

Qeyd edək ki, Almaniya Ukraynaya tədarük etdiyi silahlarla Rusiya ərazisinə zərbə endirməyin qatı əleyhdarı kimi çıxış edir. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
14
olaylar.az

10Mənbələr