AZ

Kişi və qadın basketbolçularımız yarımfinala çıxdı

Azərbaycanın kişi və qadınlardan ibarət 3x3 basketbol yığmaları Avropa Kubokunun təsnifat mərhələsində son oyunlarına çıxıblar.
BUTA.TV xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunan mərhələdə kişi yığmamız qrupun son oyununda Albaniya seçməsinə 21:13 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Yığma daha əvvəl keçirdiyi digər görüşlərdə Ermənistana 21:9, Kosovoya 14:10, Kiprə isə 21:16 hesabı ilə qalib gəlib. Qadınlardan ibarət komanda isə Lüksemburqu məğlub edərək yarımfinala çıxıb.

Kişilərdən ibarət komandamız Bakı vaxt ilə saat 21:15-də İrlandiya - Albaniya cütünün, qadınlar isə saat 19:50-də Malta - İrlandiya matçının qalibi ilə üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
7
buta.tv

8Mənbələr