AZ

Kişi və qadın basketbol millilərimiz yarımfinala vəsiqə qazandılar

Azərbaycanın kişi və qadınlardan ibarət 3×3 basketbol yığmaları Avropa Kubokunun təsnifat mərhələsində son oyunlarına çıxıblar.

Yenicag.az xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunan mərhələdə kişi yığmamız qrupun son oyununda Albaniya seçməsinə 21:13 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Yığma daha əvvəl keçirdiyi digər görüşlərdə Ermənistana 21:9, Kosovoya 14:10, Kiprə isə 21:16 hesabı ilə qalib gəlib.

Qadınlardan ibarət komanda isə Lüksemburqu məğlub edərək yarımfinala çıxıb.

Kişilərdən ibarət komandamız Bakı vaxt ilə saat 21:15-də İrlandiya – Albaniya cütünün, qadınlar isə saat 19:50-də Malta – İrlandiya matçının qalibi ilə üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
7
yenicag.az

8Mənbələr