AZ

Reytinq turniri: Azərbaycanın daha dörd yunan-Roma güləşçimiz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha dörd yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində mübarizəyə qoşulacaq.
"Report"un məlumatına görə, yarışın son günündə Eldəniz Əzizli (55 kq), Həsrət Cəfərov, Ülvi Qənizadə (hər ikisi 72 kq) və Sənan Süleymanov (77 kq) döşək üzərinə çıxacaqlar.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb. Murad Məmmədov (63 kq) isə yunan-Roma güləşçilərinin mübarizəsində qızıl medala sahib çıxıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
9
oxu.az

10Mənbələr