AZ

Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb

Azərbaycanın veteran cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatının ikinci günündə 2 qızıl və 3 bürünc medal qazanıblar.

Futbolinfo.az xəbər verir ki, M3 yaş kateqoriyasında Vüqar Babayev (66 kq) qızıl mükafat əldə edib.

Azər Fətullayev (81 kq) və Nizami Məmmədov (100 kq) bürünc medala sahib çıxıblar.

M4 yaş kateqoriyasında Emil Hüseynov qızıl (100 kq) Əli Əlibəyli (73 kq) isə bürünc mükafata yiyələnib.

Daha əvvəl Fərhad Rəcəbli (90 kq) qızıl, Nazim Əliyev (90 kq) və Vahid Azərpur (66 kq) bürünc medal qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
17
futbolinfo.az

10Mənbələr