AZ

Joze Mourinyo "Qalatasaray"ın transferinin adını açıqlayıb

"Fənərbağça"nın dünyaca məşhur portuqaliyalı baş məşqçisi Joze Mourinyo "Qalatasaray"ın anlaşmağa yaxın olduğu futbolçunun adını açıqlayıb. Bizimyol.info xəbər verir ki, "Fənərbağça"nın portuqaliyalı baş məşqçisi Joze Mourinyo bu barədə Portuqaliya "RTP"yə açıqlamalar verərkən bildirib. "Benfika"da çıxış edən yarımmüdafiəçiyə "Rafa Silvanın "Fənərbaxça"ya keçməsini istəyirsənmi?" sualını cavablandırarkən Mourinyo 31 yaşlı futbolçunun sarı-qırmızılı komanda ilə anlaşmaya yaxın olduğunu bildirib. Joze Mourinyo: "Rafa Silva əla oyunçudur, amma onun "Qalatasaray"a transferə yaxın olduğunu eşitmişəm", - deyə qeyd edib. Portuqaliya mətbuatında iştirak edən "Record" xəbərinə görə; "Qalatasaray" Rafa Silvaya iki illik 7 milyon avro təklif edib. Bundan əlavə “Qalatasaray”ın 31 yaşlı futbolçuya müqavilə imzalaması üçün 3 milyon avro təklif etdiyi də bildirilib. 8 il “Benfika”da çıxış edən Rafa Silva Portuqaliya təmsilçisi ilə 326 matçda 94 qol vurub, 79 məhsuldar ötürmə edib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
46
bizimyol.info

10Mənbələr