Joze Mourinyo "Benfika"nın futbolçusu Rafa Silvanın "Fənərbağça"ya mümkün transferi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Silva barədə ünvanlanan suala bu cavabı verib:

"Möhtəşəm bir oyunçudur, lakin "Qalatasaray"a transferinin yaxın olduğunu eşitdim".

Qeyd edək ki, "Cim-Bom" bir neçə gün öncə müqaviləsinin müddəti başa çatan Silvaya 2 illik müqavilə və 7 milyon avro təklif edib.