AZ

II MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas keçirilib

İyunun 8-də III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas keçirilib.

Apasport.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə baş tutan iclasda işçi qrupun üzvləri və oyunların proqramına daxil edilmiş növlər üzrə idman federasiyalarının məsul şəxsləri iştirak ediblər.

İclasda idmançıların və nümayəndə heyətlərinin akkreditasiyası, yerləşməsi, yarış məkanlarının hazırlıq səviyyəsi, marketinq, media və oyunlara hazırlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, III MDB Oyunları gələn il Azərbaycanın 14 şəhərində - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, İsmayıllı, Şəki, Şəmkir, Tovuz, Qazax, Göygöl, Yevlax, Oğuz, Tərtər və Goranboyda 22 idman növü üzrə 33 proqramda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
16
apasport.az

10Mənbələr