AZ

Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub

Azərbaycan təşkil olunacaq III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas keçirilib.


Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Senzor.az-a verilən məlumata görə, nazir Fərid Qayıbovun sədrliyi ilə baş tutan toplantıda işçi qrupun üzvləri və oyunların proqramına daxil edilmiş növlər üzrə idman federasiyalarının məsul şəxsləri iştirak ediblər.


İclasda idmançıların və nümayəndə heyətlərinin akkreditasiyası, yerləşməsi, yarış məkanlarının hazırlıq səviyyəsi, marketinq, media və oyunlara hazırlıq məsələləri müzakirə edilib.


Qeyd edək ki, III MDB Oyunları 2025-ci ildə Azərbaycanın 14 şəhərində - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, İsmayıllı, Şəki, Şəmkir, Tovuz, Qazax, Göygöl, Yevlax, Oğuz, Tərtər və Goranboyda 22 idman növü üzrə 33 proqramda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
16
senzor.az

10Mənbələr