AZ

Nurəddin Mehdixanlı: “Xanımım prokuror qızıdır” – VİDEO

Xalq artisti Nurəddin Mehdixanlı ilk dəfə həyat yoldaşından söz açıb.

Bizim.Media xəbər verir ki, bu haqda 67 yaşlı sənətkar qonaq olduğu “Zaurla Günaydın” verilişində danışıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru bildirib ki, xanımı prokuror qızıdır:

“Bir-birimizi tanıdıq, onu sevdim. Biz çox çətinliklə evlənə bildik. Mən ondan əl çəkmədim, o da sözündə durdu. Onu mənə vermirdilər. Çünki çox yüksək, yuxarıda duran ailənin qızı idi. Problemlər bizim övladlarımız olana qədər davam etdi.

Evliliyimizin üstündən 10 il keçəndən sonra onun ailəsi bizi qəbul etdi. Mən hədələrə baxıb, başqası ilə evlənə bilərdim. Ancaq bildim ki, yol gedə biləcəyim xanım o olacaq. İndi bizim üç övladımız, iki də nəvəmiz var. Xanımımın atası prokuror idi”.
 

Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
19
bizim.media

10Mənbələr