Aparıcı Xoşqədəm Hidayətqızı mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı müzakirə yaradacaq açıqlama verib.
Bizim.Media xəbər verir ki, Xoşqədəm aparıcısı olduğu “Səni axtarıram” ictimai-sosial verilişində mərhum sənətkardan söz açıb.
X.Hidayətqızı bildirib ki, bir zamanlar İ.Quliyeva ilə yaxın rəfiqə olub:
“Sonradan İlhamə ilə dost olan, vaxtında yanında cəsarət edib danışmayıb, indi danışanlardan deyiləm. Amma bu gün ilk dəfə içimdə o qadına böyük nifrət hissi yarandı. 2003-cü il seçki vaxtı çox həyəcan keçirirdi, mənim evimdə qalırdı”.
Qeyd edək ki, İ.Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovun doğma anası Lalə xanım sözügedən proqrama pənah gətirib və övladının itkin düşdüyünü açıqlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta