AZ

Veteranlardan daha beş medal

Azərbaycanın veteran cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatının ikinci günündə 2 qızıl və 3 bürünc medal qazanıblar.

Msport.az məlumatına görə, M3 yaş kateqoriyasında Vüqar Babayev (66 kq) qızıl mükafat əldə edib.

Azər Fətullayev (81 kq) və Nizami Məmmədov (100 kq) bürünc medala sahib çıxıblar.

M4 yaş kateqoriyasında Emil Hüseynov qızıl (100 kq) Əli Əlibəyli (73 kq) isə bürünc mükafata yiyələnib.

Qeyd edək ki, daha əvvəl Fərhad Rəcəbli (90 kq) qızıl, Nazim Əliyev (90 kq) və Vahid Azərpur (66 kq) bürünc medal qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
17
msport.az

10Mənbələr