AZ

Gəncədə iki nəfərin mübahisəsi ölümlə nəticələndi - RƏSMİ

Gəncədə ölüm hadisəsi qeydə alınıb.

Gundem.az xəbər verir ki, bu barədə Gəncə şəhər prokurorluğundan məlumat veriliib.

Bildirilib ki, iyunun 7-də saat 20 radələrində Gəncə şəhər Yeni Kəlbəcər qəsəbə sakini 1981-ci il təvəllüdlü Bəxtiyar Heydərovun almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub:

“Araşdırmalarla 1988-ci il təvəllüdlü Hikmət Mamedovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq Bəxtiyar Heydərova xəsarət yetirməsinə və sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib”.

Qurum əlavə edib ki, faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Hikmət Mamedov şübhəli şəxs qismində tutulub:

“Hazırda ibtidai istintaq davam edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
18
gundem.az

10Mənbələr