AZ

Gəncədə ov tüfəngi ilə vurulan Kəlbəcər sakini xəstəxanada ölüb - YENİLƏNİB 

  08:50

İyunun 7-də saat 20 radələrində Gəncə şəhər Yeni Kəlbəcər qəsəbə sakini 1981-ci il təvəllüdlü Bəxtiyar Heydərovun almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə Şəhər Prokurorluğundan "Report"a bildirilib ki, araşırmalarla 1988-ci il təvəllüdlü Hikmət Mamedovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq Bəxtiyar Heydərova xəsarət yetirməsinə və sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Hikmət Mamedov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

07.06.23:54
 
-------
​23:21

Gəncədə ov tüfəngindən xəsarət alan şəxs xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, həkimlərin müdaxiləsinə baxmayaraq, güllə yarası alan Bəxtiyar Heydərov ölüb.

-------
20:11

İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B. Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Milli.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini H.Mamedov müəyyən olunaraq saxlanılıb. 

Ondan ov tüfəngi aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
18
referans.az

10Mənbələr