AZ

Ermənistan Minsk Qrupunun rəsmən ləğv olunmasını istəmir, Simonyan Əliyevin təklifinə pozucu cavab verdi....İçimizdən ermənilərə dil verənlər....

Image

"ATƏT - in Minsk Qrupunun hələ də rəsmən ləğv edilməməsinin arxasında Ermənistanın və məlum beynəlxalq dairələrin gizli planlarının olduğunu çoxdan ehtimal edirik. Təsdiqlənir ki, bu ehtimal yox,  əslində realdır. Bir neçə həftə əvvəl Azərbaycan prezidenti İlham Əliyev ATƏT- in fəaliyyətdə olan sədri, Maltanın XİN başçısını qəbul edərkən ona açıq şəkildə "Minsk Qrupu rəsmən ləğv efilməlidir" sözlərini dedi. Bir neçə gün əvvəl isə türk dövlətlərinin parlament üzvlərini qəbul edərkən İlham Əliyev vacib mövzuya yenidən qayıtdı və Minsk Qrupunun ləğv edilməsi çağırışı ilə Ermənistana birgə bəyanatla çıxış etmək təklifi etdiyini açıqladı. Minsk Qrupu həqiqətən də heç bir səmərəli iş görmədən düz 30 il "papağı günə yandırmaqla "məşqul oldusa, onu rəsmən ləğv etməkdən başqa yol yoxdur. Ölü şeyi niyə saxlamalıyıq ki?!..."

Bu fikirlər “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsində paylaşdığı statusunda yer alır.  A.Quliyev daha sonra yazır: "Ancaq təsdiqlənir ki, bu ölünü nə vaxtsa diriltmək üçün onu  hələlik yaşatmaq istəyənlər var. İlk növbədə Minsk Qrupunun həmsədr ölkələri bu yolla bölgəmizə yenidən nüfuz edəcəklərinə ümidlərini itirmirlər. Ermənistan isə hələ də revanş xəyalları ilə yaşadığı üçün keçmiş Dağlıq Qarabağ ətrafında münaqişənin nə vaxtsa yenidən başlayacağı və Minsk Qrupunun yenidən gərək olacağı ümidləri ilə Qrupun ləğv edilməsinə tələsmir. Əgər tələsmiş olsaydı və ya bunu istəsəydi, Azərbaycan prezidentinin çağırış və təklifinə lazımı reaksiyanı verərdi.Ancaq təəssüflər, Ermənistan lazım olan yox, olmayan reaksiyanı verdi.

İki gün əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan bəyanat verdi: "Konstitusiyanı dəyişdirmək bizim daxili işimizdir. Minsk Qrupunun ləğvinə gəldikdə isə əsas diqqəti sülh sazişinin imzalanmasına yönəltmək lazımdır, saziş imzalanandan sonra Minsk Qrupu öz- özünə ləğv ediləcək."....Bəli, əgər Ermənistan sülh prosesini uzadırsa , silahlanırsa , konstitusiyanı dəyişmirsə, Minsk Qrupunun ləğvinə doğru birbaşa addım atmırsa, deməli gələcək günlər üçün gizli planları var. Minsk Qrupu buz parçası deyil ki, öz- özünə əriyib yoxa çıxsın?!. Ermənistan rəhbərliyi İlham Əliyevin dediyinə uyğun olaraq Minsk Qrupunun ləğvi barədə birgə müraciətə imza atsa, bunun sülh prosesinə heç bir maneçilik olmaz, əksinə, Ermənistanın sülh iradəsində olduğunu (?) bir daha nümayiş etdirmiş olar .
Ehtimal etmək olar ki, Ermənistan rəhbərliyi sülh sazişi ilə bağlı proseslərin mümkün qədər uzadılması yolu ilə sonda onun yeni münaqişə vəziyyəti ilə, ya da heç olmasa yeni gərginliklə nəticələnməsini hədəfləyib. Bu halda əlbəttə ki, Ermənistanın planlarına görə Minsk Qrupuna yenidən ehtiyac yaranacaq. Minsk Qrupunu bu günə qədər yaşatmağa çalışanlar, onun  ləğvinə dəstək verməyənlər "ölü Minsk Qrupuna" Azərbaycan- Ermənistan sülh prosesinə alternativ kimi baxırlar. Bölgəmizdə sülh prosesinə bundan böyük təxribat ola bilməz. Ölü Minsk Qrupu  rəsmən ləğv edilmədikcə, revanşçl qüvvələr bundan ilhamlanır, Dağlıq Qarabağ münaqişəsinin guya hələ həll edilib bitmədiyi barədə eyforiyaya düşürlər.
Simonyanın bəyanatı Ermənistanın rəsmi mövqeyi və İlham Əliyevin Minsk Qrupunu ləğv etmək üçün birgə bəyanat vermək təklifinə pozucu və təxribatçı cavabdır. Əgər Ermənistan hakimiyyətində Simonyandan fərqli mövqe varsa, dərhal özünü göstərməlidir. Ancaq ....
Ermənistan Minsk Qrupunun hüquqi olaraq ləğvini istəmir.....
Konstitusiya məsələsinə gəldikdə isə Ermənistan bundan qaça bilməz. Bunu Ermənistanın daxili işi kimi də nəzərdən keçirə bilərlər, lap " xarici iş "kimi də baxa bilərlər. Özləri bilər.Azərbaycana fərq etməz ki, Ermənistan öz Konstitusiyasını hansı mülahizələrlə dəyişəcək.Vacib odur ki, dəyişəcək, dəyişməlidir və ərazi iddiaları "iyi verən" maddələri oradan çıxarmalıdır..
O ki qaldı Ermənistanın Azərbaycana qarşı " konstitusiyalarımızı birlikdə dəyişək " iddiasına, bu yöndə hətta Azərbaycanın içindən  ermənilərə dil verən bəzi vətən xainləri də onlarla birlikdə "qəhr olacaqlar".
Prezident İlham Əliyev nöqtəni qətiyyətlə qoydu: "Azərbaycan konstitusiyasında heç kimə qarşı ərazi iddiası yoxdur"...

Mətləb





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
50
baki-xeber.com

10Mənbələr